Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu il iyulun 1-nə balans kapitalı illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda 7 bankın balans kapitalı - 100 MİLYON MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı", "Express Bank", "Access Bank", "Bank of Baku", Pakistan Milli Bankının Bakı filialı, "Unibank", "Yelo Bank" və İran Milli Bankının Bakı filialıdır.
Ən çox azalma İran bankında (30,9%), ən az azalma isə "Azərbaycan Beynəlxalq Bankı"nda (0,9%) qeydə alınıb.
Qalan 18 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Premium Bank"da (48,4%), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (0,8%) qeydə alınıb.(Renkinq)