Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 7-nin bu il aprelin 1-nə balans kapitalı 100 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycan banklarının çoxu auditi - BU ŞİRKƏTƏ SİFARİŞ VERİB
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 402,121 milyon manat), "Kapital Bank" (500,248 milyon manat), "PAŞA Bank" (472,995 milyon manat), "Xalq Bank" (421,213 milyon manat), "Premium Bank" (135,8 milyon manat), "Express Bank" (120,617 milyon manat) və "Azərbaycan Sənaye Bankı"dır (101,063 milyon manat).
Balans kapitalının məbləği 20 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
"Renkinq"