Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank", "PAŞA Bank", "Xalq Bank", "Bank of Baku", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və İran Milli Bankının Bakı filialıdır.
Eləcə də bax: Azərbaycan banklarını bu şirkətlər yoxlayır – BANKLAR, AUDİTORLAR, TAM SİYAHI
Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsində ümumilikdə 24,967 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxından əm yüksək göstərici "Kapital Bank"da (19,01 milyon manat), ən aşağı göstərici isə İran bankında (6 min manat) qeydə alınıb.
Qalan 20 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 5-si rübü zərərlə başa vurmuş Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "AGBank", "Muğan Bank" və "Yelo Bank"dır.
Renkinq