Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il iyulun 1-nə balans kapitalı 100 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 8 bankın balans - Kapitalı Azalıb
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 456,977 milyon manat), "Kapital Bank" (508,55 milyon manat), "PAŞA Bank" (462,782 milyon manat), "Xalq Bank" (428,895 milyon manat), "Premium Bank" (185,692 milyon manat), "Express Bank" (121,286 milyon manat) və "Azərbaycan Sənaye Bankı"dır (102,191 milyon manat).
Qalan 19 bankdan 18-də balans kapitalı 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)