Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
FED.az xəbər verir ki, bunlar “Bank of Baku” və “Express Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Qalan 7 bankdan 6-nın – “PAŞA Bank”, “Kapital Bank”, "Xalq Bank", “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 1 bank - “Naxçıvan Bank” ASC isə bu ilin 6 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onun vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 bankın - İran Milli Bankının Bakı filialının isə mənfəət vergisi ödəmələri 100% azalıb.
Bu ilin I yarısında mənfəət vergisi ödəməmiş 15 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)