Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 7-nin bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Eləcə də bax: Qiymətli Kağızlar bazarı ikiqat kiçilib – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bunlar "AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.
Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 6-da investisiyaların məbləği 50 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 154,851 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (902,921 milyon manat), "Kapital Bank" (404,441 milyon manat), "Unibank" (68,125 milyon manat), "Bank Respublika" (64,636 milyon manat) və "Xalq Bank"dır (52,525 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 10 bankda 10-50 milyon manat arasında, 5 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)