Bakı Fond Birjasında 2020-ci ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 76 milyon 41,4 min manat təşkil edib.
FED.az xəbər verir ki, bu 2019-cu ilin analoji dövrü ilə müqayisədə 1,85 dəfə azdır. Xatırladaq ki, ötən ilin ilk rübündə qiymətli kağızlar bazarında əməliyyatlar 3 milyard 854 milyon 512,6 min manat olmuşdu.
Azalma dövlət qiymətli kağızlar bazarındakı (Mərkəzi Bank və Maliyyə Nazirliyi) geriləmə ilə bağlıdır. Ötən illə müqayisədə bu sahədə 4 dəfədən çox azalma baş verib.
İpoteka Fondunun böyük həcmdə istiqrazları (728 milyon manat) və Repo əməliyyatlarının kəskin artımı bu azalmanı bir qədər yumşaltsa da, ümumi bazarın ikiqat azalmasına mane ola bilməyib. Baxmayaraq ki, ümumi təkrar bazar üzrə ticarət həcmində 375%, repo əməliyyatları üzrə isə 318% böyümə qeydə alınıb.
2020-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2 milyard 445 milyon 181,9 min manat təşkil edib.
BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli
Bazarlar / Əməliyyatlar |
31.03.2020-ci il tarixinə |
31.03.2019-cu il tarixinə |
||
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
|
1. Dövlət qiymətli kağızları |
887,902,489 |
274 |
3,671,751,529 |
466 |
1.1. İlkin bazar |
595,501,069 |
126 |
3,514,830,748 |
351 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) |
290,411,029 |
68 |
151,753,827 |
63 |
ARMB* qiymətli kağızları |
305,090,040 |
58 |
3,363,076,921 |
288 |
1.2. Təkrar bazar |
292,401,420 |
148 |
156,920,781 |
115 |
Dövlət istiqrazları |
104,006,867 |
124 |
75,685,890 |
99 |
ARMB qiymətli kağızları |
188,394,553 |
24 |
81,234,891 |
16 |
2. Korporativ qiymətli kağızlar |
765,676,981 |
643 |
81,681,290 |
534 |
2.1. İlkin bazar |
22,000,000 |
4 |
20,485,914 |
8 |
2.1.1. Səhmlər |
- |
- |
300,000 |
2 |
2.1.2. İstiqrazlar |
22,000,000 |
4 |
20,185,914 |
6 |
- İpoteka istiqrazları |
20,000,000 |
1 |
20,185,914 |
6 |
- Digər istiqrazlar |
2,000,000 |
3 |
0 |
0 |
2.2. Təkrar bazar |
743,676,981 |
639 |
61,195,376 |
526 |
2.2.1. Səhmlər |
6,719,050 |
496 |
384,025 |
398 |
2.2.2. İstiqrazlar |
736,957,931 |
143 |
60,811,351 |
128 |
- İpoteka istiqrazları |
728,735,862 |
41 |
48,138,228 |
3 |
- Digər istiqrazlar |
8,222,069 |
102 |
12,673,123 |
125 |
3. Repo əməliyyatları |
422,461,934 |
232 |
101,079,830 |
88 |
Dövlət istiqrazları üzrə |
374,559,691 |
210 |
92,632,537 |
82 |
ARMB qiymətli kağızları üzrə |
11,608,691 |
4 |
3,835,354 |
2 |
Korporativ qiymətli kağızlar üzrə |
36,293,552 |
18 |
4,611,939 |
4 |
Cəmi (1+2+3) |
2,076,041,404 |
1,149 |
3,854,512,648 |
1,088 |
- o cümlədən: ilkin bazar |
617,501,069 |
130 |
3,535,316,662 |
359 |
- o cümlədən: təkrar bazar |
1,036,078,401 |
787 |
218,116,157 |
641 |
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı