«Bank of Baku» kredit portfeli üzrə göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına əsasən xəbər verir ki, hesabat dövrü ərzində bankın kredit portfelinin məbləği 319,3 mln manat olub. Ötən il «Bank of Baku»nun kredit portfeli ölkənin 53 şəhər və rayonunu əhatə edib. Bu digər banklarla müqayisə də daha çoxdur.
Bank tərəfindən ən yüksək məbləğdə kredit Bakı şəhəri üzrə olub. Bura 222 mln 53 min manat (69,55%) dəyərində kredit verilib. 2-ci yerdə isə Sumqayıtdır. Bu şəhərə 24 ml 364 min manat dəyərində kredit verilib.
Eləcə də bax: “Bank of Baku”un vəziyyəti məlum oldu - HESABAT
6 rayona verilən kredit məbləği 8 -12 mln mmanat aralığında dəyişib.
Bu rayonlar aşağdakılardır:
Abşeron 12 mln 306 min manat (3,85%),
Gəncə şəhəri 11 mln 700 min manat (3,66%),
Lənkəran 10 mln 303 min manat (3,23%),
Şəki 9 mln 991 min manat (3,13%),
Şirvan şəhəri 8 mln 560 min manat (2,68%),
Xaçmaz 8 mln 79 min manat (2,53%).
4 rayona verilən kreditlərin məbləği 1-8 milyon manat arasındadır
Bunlar Astara (1,096 milyon manat), Qəbələ (1,538 milyon manat), Salyan (2,135 milyon manat) rayonlarıdır.
15 rayona verilən kreditlər 100 min – 1 milyon manat arasındadır.
Bunlar: Tovuz - 217 min manat, Samux – 820 min manat, Sabirabad – 393 min manat, Qusar - 161 min manat, Quba - 667 min manat, Qax - 214 min manat, Oğuz - 277 min manat, Masallı - 232 min manat, Lerik - 310 min manat, Hacıqabul - 298 min manat, Göygöy - 843 min manat, Göyçay - 136 min manat, Goranboy - 668 min manat, Şabran - 162 min manat, Cəlilabad - 178 min manat.
5 rayona verilən kreditlərin məbləği 10 min manatı keçmir.
Bunlar: Ağcabədi (9,6 min manat), Neftçala (2,2 min manat), Saatlı (1,6 min manat), Şamaxı (2,2 min manat),Zərdab (2,8 min manat)
2 rayona verilən kredit məbləği isə sadəcə 600 manatdır.
Bunlar Ucar və Qobustan rayonlarıdır.