“Bank of Baku” 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatna əsasən bildirir ki, bankın hesabat dövründə faiz gəlirləri 41 mln 322 min manat, faiz xərcləri isə 14 mln 432 min manat olub.2018-ci il üçün xalis faiz gəlirləri ötən ilə nəzərən 12,28% azalaraq 26 mln 890 min manata enib.
Qeyri-faiz gəlirləri 2018-ci ildə ötən ilə nisbətən 2,3 dəfə artaraq 3 mln 333 min manat, qeyri-faiz xərcləri də 2,2 dəfə artaraq 57 mln 30 min manat təşkil edib. Nəticədə, bankın hesabat dövrü üçün əməliyyat zərəri 26 mln 807 min manat olub, lakin bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 30 mln 280 min manat məbləğ ayırması onu mənfəətə çıxarıb.
Yekunda bank 2018-ci ili 3 mln 473 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, 2017-ci ili 35 mln 428 min manat zərərlə başa vurmuşdu.
FED.az bankın “Balans” hesabatına istinadən bildirir ki, bankın hesabat dövrü ərzində cəmi aktivləri ötən illə müqayisə də 24,96% azalaraq 300 mln 71 min manata enib, cəmi kapital isə 9,18% artaraq 39 mln 945 min manata yüksəlib.
2018-ci ildə ərzində bankın kredit portfelinin məbləği 319,3 mln manat, problemli kreditlərinin məbləği də 136,9 mln manat təşkil edib. Problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 43% olub.
2017-ci ildə bankın kredit portfeli 340,9 mln manat, problemli kreditlərinin məbləği isə 143,8 mln manat olmuşdu. Bu zaman problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 42% olmuşdu.
Başqa sözlə 1 ilə nəzərə salanda kredit portfelinin 6,36% azaldığını, problemli kreditlərin də 4,76% azaldığını görərik.
Bankın Mərkəzi Bank qarşısındakı öhdəliynin məbləği 20 mln manatdır.
Bankın depozit portfeli 1 ildə 34,13% azalaraq 159 mln 242 min manata enib.
"Bank of Baku" Balans hesabatı
"Bank of Bku" "Mənfəət və Zərər" hesabatı
“Bank of Baku”un vəziyyəti məlum oldu - HESABAT
13:26
25 Yan 2019