Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "Premium Bank"dır.
Eləcə də bax: Azərbaycanda 5 bankın aktivləri - 1 MİLYARD MANATDAN ÇOXDUR
Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 50 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 215,628 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 055,04 milyon manat), "Kapital Bank" (492,057 milyon manat), "Xalq Bank" (139,013 milyon manat) və "Rabitəbank"dır (54,832 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 13 bankda 10-50 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)