2020-ci ilin iyun ayının 30-a görə, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin cəmi aktivləri 1 milyarda manatdan çoxdur.
Eləcə də bax: Azərbaycanda 3 bankın mənfəət vergisi ödəmələri - ARTIB
FED.az xəbər verir ki, bu banklar Beynəlxalq Bank (8 milyarda 477,4 milyon manat), “Kapital Bank” (4 milyard 870,5 milyon manat), “Paşa Bank” (4 milyard 831,9 milyon manat), “Xalq Bank” (2 milyard 169 milyon manat), “Bank Respublika”dır (1 milyard 35,6 milyon manat).
Ümumilikdə 26 bankın cəmi aktivlərinin 70%-i bu bankların payına düşür.
Bundan başqa cəmi aktivlər 8 bankda 500 milyon ilə 1 milyard manat arasında, 11 bankda 500 milyon ilə 100 milyon manat arasında və 2 bankda 100 milyon manatdan azdır.
Bankların cəmi aktivlərinin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.