Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin kredit portfeli bu il iyulun 1-nə illik müqayisədə az olub.
FED.az xəbər verir ki, bunlar "Premium Bank", "Muğan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.
Eləcə də bax: Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları - 50 Milyon Manatdan Çoxdur
Ən çox azalma Pakistan bankında (15,8%), ən az azalma isə "Premium Bank"da (1,3%) qeydə alınıb.
Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "AFB Bank"da (90,4%), ən aşağı dinamika isə "Access Bank"da (0,3%) qeydə alınıb. (Renkinq)