Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı əməliyyat gəlirləri 50 milyon manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (183,456 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (150,384 milyon manat), “PAŞA Bank” (102,213 milyon manat), “Unibank” (60,942 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (51,554 milyon manat).
Qalan 21 bankdan 15-də əməliyyat xərcləri 10-50 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan azdır.
Azərbaycanda 18 bankın əməliyyat xərcləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin I yarısındakı əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Bunlar “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Azər-Türk Bank”, “Yelo Bank”, “Express Bank” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma “AFB Bank”da (17,8%), ən az azalma isə İran bankında (0,2%) qeydə alınıb.
Qalan 18 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (40,7%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (1,4%) qeydə alınıb. (Renkinq)