Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri illik müqayisədə az olub.
FED.az xəbər verir ki, bunlar "Rabitəbank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı və "AGBank"dır.
Eləcə də bax: Azərbaycanda 5 bankın aktivləri - 1 MİLYARD MANATDAN ÇOXDUR
Ən çox azalma "AGBank"da (7,3%), ən az azalma isə "Rabitəbank"da (1,2%) qeydə alınıb.
Azərbaycanda depozit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)
Qalan 23 bankın isə aktivləri artıb. Ən yüksək dinamika "Bank of Baku"da (57,5%), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (0,4%) qeydə alınıb (Renkinq).
Azərbaycanda aktivlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2020)