Azərbaycanda ən çox nizamnamə kapitalına malik olan bankların adları açıqlanıb.
FED.az bankların rüblük hesabatı əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək nizamnamə kapitalına malik olan bank ABB-dir. Bankın sərmayəsi 2 milyard 122 milyon manatdan yüksəkdir.
Ölkənin ikinci ən iri bankı olan "Kapital Bank"ın nizamnamə kapitalı 1 milyard 7 milyon manatdır.
"Paşa Bank" 957,8 milyon manatla 3-cü, "Xalq Bank" isə 519,1 milyon manatla 4-cüdür.