Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Eləcə də bax: Azərbaycanda 7 bankın nizamnamə kapitalı - 200 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar "Premium Bank", "Naxçıvan Bank", "Muğan Bank" və "Turan Bank"dır.
Ən yüksək dinamika "Premium Bank"da (47,8%), ən aşağı dinamika isə "Turan Bank"da (7,7%) qeydə alınıb.
1 bankın - "Express Bank"ın nizamnamə kapitalı 18% azalıb.
Qalan 21 bankın isə nizamnamə kapitalı dəyişməyib. (Renkinq)