Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 4-nün bu il aprelin 1-nə nizamnamə kapitalı illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda 5 bankın nizamnamə kapitalı - 300 MİLYON MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, bunlar "Xalq Bank", "Turan Bank", "Naxçıvan Bank" və "Muğan Bank"dır.
Ən yüksək dinamika "Xalq Bank"da (62,1%), ən aşağı dinamika isə "Muğan Bank"da (7,9%) qeydə alınıb.
1 bankın - "Express Bank"ın nizamnamə kapitalı 18% azalıb.
Qalan 23 bankın nizamnamə kapitalı dəyişməyib. (Renkinq)