Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri 60 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 4 bankın 9 aylıq faiz xərcləri - 30 Milyon Manatdan Çoxdur
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (236,789 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (154,941 milyon manat), “PAŞA Bank” (126,292 milyon manat) və “Unibank” (68,803 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 16-da qeyri-faiz xərcləri 10-50 milyon manat arasında, 5 bankda faiz xərcləri 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.