Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü ötən il əməliyyat mənfəəti əldə etməyib.
Eləcə də bax: Azərbaycanda 8 bankın əməliyyat mənfəəti - AZALIB
FED.az xəbər verir ki, bunlar “Premium Bank”, “Yelo Bank” və “Bank VTB Azərbaycan” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Bank VTB Azərbaycan”da (3,454 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (419 min manat) qeydə alınıb.
Qalan 22 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (368,894 milyon manat), ən aşağı göstərici isə “Bank BTB” ASC-də (136 min manat) qeydə alınıb. (Renkinq)