Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün ötənilki əməliyyat mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Eləcə də bax: İstehlak kreditləri portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az xəbər verir ki, bunlar “Turan Bank”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Azərbaycan Beynəlxalq Bankı”, “Günay Bank”, “PAŞA Bank”, “Express Bank”, “Bank Avrasiya”, “Kapital Bank”, “Unibank”, “Rabitəbank” və “Naxçıvan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Turan Bank”da (73,8%), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (2%) qeydə alınıb.
8 bankın – “Bank Respublika”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı”, “AFB Bank”, “Azər-Türk Bank” və “Bank BTB” ASC-lərin, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərin isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Bank BTB”də (93%), ən az azalma isə “Bank Respublika”da (13,8%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının əməliyyat zərəri 95,8% artıb, 2 bankın – “Yelo Bank” və “Bank VTB Azərbaycan” ASC-lərin isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 34,9% və 56,2%.
1 bank – “Muğan Bank” ASC ötən ili əməliyyat mənfəəti ilə, əvvəlki ili əməliyyat zərəri ilə, 1 bank – “Premium Bank” ASC isə ötən ili əməliyyat zərəri ilə, əvvəlki ili əməliyyat mənfəəti ilə başa vurub. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.(Renkinq)