Azərbaycanda ən çox və ən az qeyri-faiz xərcləri olan banklar məlum olub. 22 bankdan 3-nün qeyri-faiz xərci 100 milyon manadan çoxdur.
FED.az bankların 2025-ci ilin I rübünə olan maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycanda ən çox qeyri-faiz xərci “Kapital Bank”a məxsus olub. Belə ki, bankın qeyri-faiz xərci 210 milyon 119 min manat təşkil edib.
İkinci ən çox qeyri-faiz xərci Beynəlxalq Banka (ABB) məxsus olub. ABB-nin qeyri-faiz xərci 130 milyon 166 min manat təşkil edib. Siyahının üçlüyünü isə 112 milyon 488 min manatla “Paşa Bank” tamamlayır.
Ən az qeyri-faiz xərci isə , “Bank Melli İran” Bakı filialı (481 min manat) məxsus olub.