Azərbaycanda qeyri-faiz gəlirləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların qeyri-faiz gəlirlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Bank Melli İran Bakı Filialın"da 7,5 dəfə, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın qeyri-faiz gəlirləri 77 min manat həcmində artıb.
"Bank Melli İran Bakı Filialın"dan sonra artıma görə ikinci yerdə 41,1% və ya 1,5 milyon manat göstərici ilə "TuranBank" gəlir.
Qeyri-faiz gəlirlərində 41,1% və ya 1,1 milyon manat artım baş verən "Bank VTB (Azərbaycan)" üçüncüdür.
"Bank BTB"-ın qeyri-faiz gəlirləri illik müqayisə ilə 39,6% və ya 422 min manat dəyərində artıb.
"Ziraat Bank Azərbaycan"-ın qeyri-faiz gəlirlərində təxminən 39,4% və ya 1,4 milyon manat artım baş verib.