Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri 40 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 15 bankın qeyri-faiz - Gəlirləri Azalıb
FED.az xəbər verir ki, qeyri-faiz gəlirləri "Kapital Bank"da 100,95 milyon manat, Beynəlxalq Bankda 60,4 milyon manat və "PAŞA Bank"da 42,9 milyon manatdır.
Qalan 23 bankdan 3-də qeyri-faiz gəlirləri 12-16 milyon manat arasındadır. Bura “Xalq Bank” (15,2 milyon), “Bank Respublika” (13,5 milyon) və “Unibank” (12,2 milyon manat) aiddir.
17 bankda 1-9 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.