Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Eləcə də bax: Azərbaycanda 13 bankın faiz gəlirləri - AZALIB
FED.az xəbər verir ki, bunlar "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Xalq Bank", "Bank of Baku", "Naxçıvan", "Rabitəbank", "Kapital Bank", "Günay Bank" və "Turan Bank"dır.
Ən yüksək dinamika "PAŞA Bank"da (2 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (12%) qeydə alınıb.
1 bankın - "Azər-Türk Bank"ın qeyri-faiz gəlirləri dəyişməyib.
1 bank - "Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısında qeyri-faiz gəlirləri əldə etmə də, ötən ilin eyni dövründə qeyri-faiz zərəri ilə üzləşib. Odur ki, bu bankın maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)
Qalan 15 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox "Access Bank"da (79,1%), ən az azalma isə "Bank Avrasiya"da (2,6%) qeydə alınıb.