Azərbaycanın bəzi bankları nizamnamə kapitallarını artıraraq maliyyə mövqelərini gücləndiriblər.
FED.az xəbər verir ki, bu sahədə ən kəskin artım “Azər Türk Bank” ASC-də qeydə alınıb.
Məlumata görə, “Azər Türk Bank” ASC nizamnamə kapitalını 50 milyon manatdan 79 milyon manata çatdıraraq, 29 milyon manat və ya 58% artıma nail olub.
Bu dövrdə kapitalını artıran digər banklardan biri də “Premium Bank” ASC-dir. Bank nizamnamə kapitalını 154 milyon 601 min manatdan 174 milyon 601 min manata çatdırıb. Beləliklə, bankın nizamnamə kapitalı ilin əvvəlindən 20 milyon manat və ya 12,9% artıb.
Reytinqdə növbəti pillədə qərarlaşan “Xalq Bank” ASC də nizamnamə kapitalını artırıb. Bankın kapitalı 415 milyon 597 min manatdan 446 milyon 600 min manata yüksəlib ki, bu da 31 milyon 3 min manat və ya 7,5% artım deməkdir.














