Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu ilin I yarısındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda 5 bankın yarım illik qeyri-faiz xərcləri - 40 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar “Günay Bank” və “Premium Bank” ASC-lərdir.
Ən çox azalma “Premium Bank”da (9,1%), ən az azalma isə “Günay Bank”da (0,9 %) qeydə alınıb.
Qalan 24 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (66,3%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (1,6%) qeydə alınıb. (Renkinq)