Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı qeyri-faiz xərcləri 40 milyon manatdan çox olub.
Eləcə də bax: Xarici valyuta satışından ən çox qazanc əldə edən banklar - RENKİNQ (30.06.2022)
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (215,953 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (124,83 milyon manat), “PAŞA Bank” (103,644 milyon manat), “Unibank” (64,285 milyon manat) və “Bank Respublika” (41,717 milyon manat) ASC-lərdir.
Qalan 21 bankdan 12-də qeyri-faiz xərcləri 10-40 milyon manat arasında, 9 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)