Son bir ildə Azərbaycanda bank filiallarının sayı 6 ədəd və ya, 12% artaraq 487 filialdan 493 filiala yüksəlib.
Azərbaycanda bank işçilərinin sayı - 2 MİN NƏFƏR ARTIB – MAAŞLARI DA YÜKSƏKDİR
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü il aprelin sonuna açıqladığı hesabatda deyilir.
Məlumata görə, aprelin sonuna Azərbaycanda 493 bank filialı fəaliyyət göstərir, təkcə son bir ayda yeni açılan bank filiallarının sayı 2, ilin əvvəlindən isə 6 olub.
Filiallardan fərqli olaraq bank şöbələri azalır. Hər halda son bir ildə onların sayı 97-dən 94-ə enib.
AMB-nin məlumatına görə, ölkədə bankomatların sayı 3 mini keçib, hazırda bank sistemi 3002 bankomatdan istifadə edir.