Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği artmaqda davam edir.
- Əhalinin banklardakı əmanətləri 16 milyard manata çatdı - ƏMANƏTÇİLƏRİN SAYI İSƏ ARTMAQDA DAVAM EDİR
Xatırladaq ki, bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir – cәmi öhdәliklәrin 72,2%-i vә ya 37,2 milyard manat.
FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Banka istinadən xəbər verir.
Depozit portfelinin 57,4%-i (21,3 milyard manat) hüquqi şәxslәrin, 42,6%-i (15,8 milyard manat) fiziki şәxslәrin əmanətlərindən ibarәtdir.
Bank əmanətlərinin təqribən 3-də 2-si – 67,5%-i (10,7 milyard manat) milli valyutada, 32,5%-i (5,1 milyard manat) xarici valyutadadır.
Hazırda Azərbaycanda bank əmanətçilərinin say 191 min nəfərdir.
Noyabr ayında əmanətçilərin sayı 4 959 nəfər, ilin әvvәlindәn isә 40 409 nəfər və ya 27% artıb.












