Azərbaycanda 15,8 min şəxs ABŞ dolları ilə götürdüyü kreditlərə görə dövlətin ona ödədiyi kompensasiyanı ala bilməyib.
Eləcə də bax: Elman Rüstəmov: “Lombard kreditlərində hesabatlılıq olacaq”
FED.az “report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev qurumda keçirilmiş mətbuat konfransında məlumat verib.
“Bunların 8 mini fəaliyyətdə olan, 7,8 mini isə ləğv prosesində olan bankların müştəriləridir. Kompensasiyaların verilməməsi bir sıra səbəblər, o cümlədən dəqiqləşdirmələrin aparılması ilə bağlıdır. Bəzən olur ki, müştəri ya vəfat edir, ya da ölkədə olmur və onunla əlaqə saxlamaq çətinləşir”, - deyə o, qeyd edib.