Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Eləcə də bax: Azərbaycanda 3 bankın faiz gəlirləri - 100 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar "PAŞA Bank-dır (57,3 milyon manat artım), "Kapital Bank" (25,9 milyon manat artım), "Bank Respublika" (6,7 milyon mana artım), "Bank of Baku" (5,9 milyon manat artım), "Access Bank" (3,1 milyon manat artım), "Azərbaycan Sənaye Bankı" (3 milyon manat artım), "Rabitəbank" (2,7 milyon manat artım), "Bank BTB" (2,7 milyon manat artım), "Naxçıvan Bank" (2,3 milyon manat artım), "Unibank" (2,3 milyon manat artım), "Turan Bank" (1,9 milyon manat artım), "Express Bank" (1,7 milyon manat artım) və "Günay Bank" (0,5 milyon manat artım) olub.
Ən yüksək dinamika "PAŞA Bank"da (2,2 dəfə artım), ən aşağı dinamika isə "ZiraatBank"da (0,1%) qeydə alınıb.
Qalan 13 bankın isə faiz gəlirləri azalıb. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (24,4%), ən az azalma isə "Xalq Bankda (1%) qeydə alınıb.