Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 22-nin bu il və ötən il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 13-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Eləcə də bax: Azərbaycanda 6 bankın qiymətli kağızlara investisiyaları - 50 MİLYON MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "Azərbaycan Beynəlxalq Bank", "Bank BTB", "PAŞA Bank", "Bank Avrasiya", "Kapital Bank", "AFB Bank", "Access Bank", "Bank VTB Azərbaycan", "Rabitəbank", "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Muğan Bank"dır. Ən çox azalma "Muğan Bank"da (100%), ən az azalma isə Pakistan bankında (3,1%) qeydə alınıb.
9 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Express Bank", "Bank of Baku", "Express Bank", "Turan Bank", "Zıraat Bank Azərbaycan", "Unibank", "Bank Respublika", "Yelo Bank", "Azər-Türk Bank" və İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "Express Bank"da (18,9 dəfə), ən aşağı dinamika isə İran bankında (7,8%) qeydə alınıb.
6 bank - "AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)