2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə kapitalının böyüklüyünə görə bazarın liderləri məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın nizamnamə kapitalı 1 milyard 281 milyon 271 min manat təşkil edib.
İkinci yerdə "Xalq Bank" ASC qərarlaşıb – bankın kapitalı 446 milyon 600 min manat olub.
"Yelo Bank" ASC 378 milyon manat göstərici ilə üçüncü sırada yer alıb. "PAŞA Bank" ASC isə 354 milyon 512 min manat kapitala malik olaraq dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Bank VTB (Azərbaycan)" ASC-də 315 milyon 815 min manat, "Kapital Bank" ASC-də isə 265 milyon 850 min manat nizamnamə kapitalı qeydə alınıb.
"Premium Bank" ASC 174 milyon 601 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "Unibank KB" ASC 138 milyon 200 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "AccessBank" QSC (121 milyon 750 min manat) və "Expressbank" ASC (112 milyon 545 min manat) tamamlayır.
Nizamnamə kapitalı 100 milyon manatdan çox olan digər banklar "Rabitəbank" ASC (101 milyon 300 min manat), "Azər Türk Bank" ASC (100 milyon 500 min manat) və "TuranBank" ASC-dir (100 milyon 6 min manat).
Siyahının sonrakı pillələrində "Bank Respublika" ASC (73 milyon 961 min manat), "Bank Melli İran" Bakı filialı (73 milyon 611 min manat), "Bank Avrasiya" ASC (71 milyon 800 min manat) və "Bank BTB" ASC (71 milyon 450 min manat) yer alıb.
Renkinqi "AFB Bank" ASC (70 milyon 393 min manat), "Ziraat Bank Azərbaycan" ASC (65 milyon 500 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (60 milyon manat) və "Yapı Kredi Bank Azərbaycan" QSC (55 milyon 381 min manat) davam etdirir.
Siyahını ən kiçik nizamnamə kapitalı ilə "Bank of Baku" ASC (52 milyon 870 min manat) tamamlayır.












