Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 10-da fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Eləcə də bax: Qiymətli Kağızlar bazarı çöküb – 30% azalma – Özəl sektor «ofsaytdadır»
FED.az xəbər verir ki, həmin banklar "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Xalq Bank", "Kapital Bank", "Bank VTB Azərbaycan", "Bank Avrasiya", "AFB Bank" və "Access Bank"dır.
Ən çox azalma "Access Bank"da (71,2%), ən az azalma isə "PAŞA Bank"da (6%) qeydə alınıb.
11 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar "Express Bank", "Unibank", "Ziraat Bank Azərbaycan", "Bank BTB", "Bank Respublika", "Bank of Baku", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı, "Yelo Bank", "Azər-Türk Bank" və "Turan Bank"dır. Ən yüksək dinamika "Express Bank"da (4,6 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (0,5%) qeydə alınıb.
5 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)