Bakı Fond Birjası (BFB) nda 2020-ci ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmini açıqlayıb.
FED.az xəbər verir ki, ilk 7 ayda birjanın ümumi dövriyəsi 6 milyard 33,4 milyon manat olub. Bu əvvəlki ilin eyni dövründən 30% azdır - 2019-cu ilin analoji dövründə birja döariyəsi 8 milyard 682,8 milyon manat olmuşdu.
Azalmanın səbəbi dövlət qiymətli kağızlarında ilkin bazarın geriləməsidir. Burada dövriyə 2 dəfə azalaraq 7,6 milyard manatdan 1,9 milyard manata enib.
Təkrar bazarda isə artım var – dövlət sektorunda 10%.
Korporativ sektorda ümumi əməliyyatlar 3,1 dəfə artaraq 1,26 milyard manat olub.
Amma korporativ sektorda əməliyyatların da demək olar ki, 98% dövlət təşkilatlarnın - İpoteka Fondu və SOCAR-ın qiymətli kağızlarından ibarətdir.
BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli