31 may 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 483, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 003 olub.
Azərbaycanda problemli kreditlərin məbləği - 27% AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, hesabat ayında filial, şöbə və bank sektorunda çalışanların sayında azalma 1 bankın lisenziyasının geri çağırılması ilə bağlı olub.
Əvvəlki ay ilə müqayisədə bank filiallarının sayı 10 ədəd, bank şöbələrinin sayı 8 ədəd azalıb, ATM-lərin sayı isə 1 ədəd artıb.