Bu ilin ilk 9 ayında Azərbaycan banklarının toplam mənfəəti 1 milyard manata yaxınlaşıb.
Eləcə də bax: Bank əmanətlərində dollarlaşma səviyyəsi - 40%-DƏN AŞAĞI DÜŞÜB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən 4-cü Beynəlxalq Bank Forumunda (İBF-2022) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bankların faiz mənəfəti isə 683 milyon manata çatır. Bu da ötən ilin eyni dövrü ilə myqayisədə 35%-dən artıqdır.
ABA sədri tədbirdə iştirak edən Milli Məclisin iqtisadiyyat komissiyasının sədri Tahir Mirkişiliyə, eləcə də İqtisadiyymt Nazirliyi, Dövlət Vergi Xidmətinə əmanətlərin, eləcə də bank sektorunun bəzi fəaliyyət sahələrinə – o cümlədən kreditlərin verilməsi prosesindəki dəstəyə görə təşəkkür edib. «Bank sektoru bu dəstək və imkanlardan uğurla istifadə edib və artıq 1 milyard manata yaxınlaşan mənfəətdən bizim üzərimizə düşən vəsait dövlət bücəsinə keçirilib».