Cari ilin avqust ayında Azərbaycan banklarının qarantiyalar üzrə kredit qoyuluşu 6,6 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 3,6 milyon manat və ya 2,2 dəfə çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 3 milyon manat olub.
Aylıq müqayisədə isə 0,1 milyon manat, 1,5%-lik artım qeydə alınıb.
İyul ayında qarantiyalar üzrə kredit qoyuluşu 16,6 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən isə 1,8 milyon manat və 21,4% azalma baş verib.
Belə ki, bu ilin yanvar ayında kredit qoyuluşu 8,4 milyon manat olub