Cari ilin avqust ayında Azərbaycan banklarının overdraftlar üzrə kredit qoyuluşu 38,9 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 5,5 milyon manat və ya 16,5% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 33,4 milyon manat olub.
Aylıq müqayisədə isə 9,2 milyon manat,31%-lik artım qeydə alınıb.
İyul ayında overdraftlar üzrə kredit qoyuluşu 29,7 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən isə 0,8 milyon manat və ya 2% azalma baş verib.
Belə ki, bu ilin yanvar ayında kredit qoyuluşu 39,7 milyon manat olub