Mayın 31-də, saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASS) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Azərbaycan Sənaye Bankı”nın qazancında - Böyük Azalma
FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə kredit təşkilatının 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur. (Report)