Azərbaycanın aparıcı banklarından olan «ASB Bank»ın gəlirləri və mənfəəti 2021-ci ilin birinci rübündə kəskin azalıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında ASB Bank-ın faiz gəlirləri 7 mmilyon 325 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6% azdır. Faiz gəlirlərinin azalması kreditlər üzrə faiz qazancının 7,4% aşağı düşməsi və bankın digər banklardakı depozitlərdən gəlirlərinin 5,4% azalması ilə bağlıdır.
Eləcə də bax: «ASB Bank»ın depozit portfeli və mənfəəti azalır – RƏSMİ HESABAT
Bankın faiz xərcləri isə əksinə 29,4% artaraq ötənilki 3,5 milyon manatdan bu il 4,5 milyn manata yüksəlib. Bu dövrdə bankdakı əmanətlər üzrə bankın faiz ödəmələri 50%-dən çox artaraq 2,7 milyon manatdan təxminən 4 milyon manata yüksəlib.
Nəticədə birinci rübün yekununda ASB Bankın xalis faiz gəliri 2,8 milyon manat olub, bu əvvəlki ilin eyni dövründən 1,5 milyon manat və ya 36% azdır.
İlk rübdə ASB Bank-ın qeyri-faiz gəlirləri 5,5% artaraq 1 milyon 474 min manata yüksəlib. Yeri gəlmişkən, bankın hesabatında qeyri-faiz gəlirləri dəqiq göstərilməyib. Gəlirlərin açılışında ümumi cəm 1 milyon 112 min manat edir.
Hesaabat dövründə bankın qeyri-faiz xərcləri bir qədər azalaraq 3,7 milyon manatdan 3,6 milyon manata enib. Əmək haqqı fondu demək olar dəyişməyərək 1,3 milyon həddində qalıb.
Nəticədə birinci rübün sonuna bankın əməliyyat mənfəəti 671 min manat təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 3 dəfə aşağıdır.
Amma bank bu məbləğin də 155 min manatını aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyat yaratmağa, 101 min manatını isə mənfət vergisinə yönəldib.
Nəticədə birinci rübdə bankın xalis mənfəəti cəmi 416 min manat təşkil edib. Bu ötən ilki göstərici ilə müqayisədə 5,4 dəfə aşağıdır.
Birinci rübdə ASB Bankın aktivləri 2020-ci ilin sonu ilə müqayisədə 22 milyon manat və ya 2,2% azalaraq 889 milyon manata düşüb. Bu dövrdə əsas azalma bankın xalis kredit portfelində olub 60 milyon manat və ya 22% azalmadan sonra xalis kreditlərin məbləği 310 milyon manatdan 243 milyon manata enib. Əvəzində maliyyə institutlarındakı depozitlər 50 milyon manat artaraq 494 milyon manata yüksəlib.
Bu dövrdə bankdakı depozitlər 25 milyon manat və ya 4% azalaraq 640 milyondan 615 milyon manata enib. Nəticədə cəmi öhdəliklər 23 milyon manat azalma ilə 784 milyon manata düşüb.
Bankın kapitalı isə ilin əvvəlindən bəri 1 milyon manat artaraq 105 milyon manat olub.