Azərbaycanın ən böyük banklarından biri olan «ASB Bank» 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 24 milyon 796 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% artıb), faiz xərcləri isə 12 milyon 185 min manat olub (10,9% artıb).
Faiz gəlirlərindəki artımdan fərqli olaraq bankın qeyri-faiz gəlirlərində kəskin azalma var. İlin əvvəlindən indiyədək «ASB Bank»ın faiz gəlirləri 4 milyon 56 min manat təşkil edib, bu ötən ilin eyni dövrnündən 2,1 dəfə azdır (8 368 min manat olmuşdu). Qeyri-faiz xərcləri isə əksinə, 21,2% artaraq 11 milyon 79 min manat olub.
Nəticədə bank ilk 9 ayı 5 milyon 588 min manat əməliyyyat mənfəəti ilə başa vurub. Bu ötən illi müqayisədə 35,6% azdır. Ölkənin əksər banklarından fərqli olaraq «ASB Bank» əvvəllər zərərlər üçün ayırdığı vəsaitdən 809 min manatını balansına qaytara bilib.
Nəticədə bankın vergiyə qədərki mənfəəti 6,4 milyon manata yüksəlib. Mənfəət vergisi ödənişindən (1 267 min manat) sonra bankın xalis mənfəəti 5 milyon 130 min manat olub. Bu ötənilki eyni göstəricidən 23% azdır.
2020-ci ilin 9 aynıın yekunlarına görə, «ASB Bank»ın aktivləri ilin əvvəli ilə müqayisədə 5% azalaraq 935,1 milyon manat təşkil edib. Azalmanın əsas səbəbi ASB Bankın digər banklardakı depozitlərinin həcminin aşağı düşməsidir. İlin əvvəlindən bəri bu göstərici 543 milyon manatdan 450 milyon manata enib.
Əvəzində bu dövrdə bankın kredit portfelində artım var. Xalis kreditlər 4,3% artaraq 339 milyon manata yüksəlib.
İlin əvvəlindən bəri «ASB Bank»ın öhdəlikləri də azalaraq 885,5 milyon manatdan 831,2 milyon manata enib (6,1% azalma). Bu dövrdə bankın depozit portfeli 7,4% azalaraq 662,3 milyon manata enib.
Bankın kapitalı isə 4,3% artaraq 103 928 milyon manata yüksəlib.