Azərbaycan Sənaye Bankının (ASB) Mərkəzi Banka borcu yaranıb.
FED.az bankın 2019-cu il yekun maliyyə hesabatına istinadən xəbər verir ki, ASB-nin Mərkəzi Banka ötən il (AMB) 105,86 min manat borcu yaranıb.
Eləcə də bax:“Azərsun Holdinq”ə daxil olan bank maliyyə vəziyyətini - AÇIQLADI
Məlumat üçün bildirək ki, bankın AMB-yə sonuncu dəfə borcu 2017-ci ilin 9-cu ayında olub. Belə ki, o zaman bankın Mərkəzi Banka borcu 10 milyon manat olub.
Ümumilikdə isə bankın 2019-cu ilin yekun hesabatına görə, cəmi öhdəlikləri 885 milyon 499 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 155 milyon 217 min manat və ya 21,2% çoxdur. Belə ki, 2018-ci ildə bankın öhdəlikləri 730 milyon 282 min manat təşkil edib.
2019-cu ildə bankın öhdəliklərinin böyük bir hissəsisni, 715 milyon 127 min manatı və ya 80,7%-ni depozitlər təşkil edib.
Bankın digər bir öhdəlikləri bank və maliyyə qurumlarının banka yatırdığı 114 milyon manatlıq depoziti olub. Bundan başqa, bankın başqa banklar istisna olmaqla maliyyə təşkilatlarından götürdüyü kreditlərin cəmi 44 milyon 908 min manat, digər passivləri isə 12 milyon 274 min manat təşkil edib.