FED.az “Azərbaycan Sənaye Bankı”nın gəlir mənbələrini təqdim edir.
"Azərbaycan Sənaye Bankı"nın vəziyyəti - MƏLUM OLDU - HESABAT
“Azərbaycan Sənaye Bankı” 2025-ci ilin 3-cü rübünü 40 milyon 349 min manat ümumi gəlirlə başa vurub. Bankın gəlir mənbələri arasında ən böyük pay kredit portfeli üzrə faiz gəlirlərinə məxsus olub, bu istiqamətdən bank 15 milyon 18 min manat qazanıb və ümumi gəlirin 37%-ni təmin edib.
Əhəmiyyətli gəlir mənbələrindən biri də digər banklara yerləşdirilmiş depozitlərdən əldə olunan gəlirlər olub. Bu gəlir sahəsi üzrə göstərici 13 milyon 418 min manat təşkil edib və gəlirlərin 33%-lik hissəsini formalaşdırıb.
Digər qeyri-faiz gəlirləri üzrə nəticə də diqqətçəkicidir, bank bu istiqamətdən 6 milyon 790 min manat gəlir əldə edib, bu isə ümumi gəlirin 17%-ni əhatə edir.
Komissiya haqları hesabına bankın qazancı 2 milyon 475 min manat, valyuta əməliyyatlarından gəlirlər isə 2 milyon 427 min manat olub. Hər iki gəlir mənbəsi ümumi gəlirlərin 6%-i həcmindədir.
Bundan əlavə, digər faiz gəlirləri 221 min manat təşkil edib və bankın ümumi gəlirlərində 1%-lik payla ən kiçik mənbə kimi yer alıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
15 018 |
37% |
|
QK-a investisiyadan gəlir |
- |
- |
|
Digər banklara depozitlərdən gəlirlər |
13 418 |
33% |
|
Digər banklara kreditlərdən gəlirlər |
|
|
|
Komissiya haqları |
2 475 |
6% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
2 427 |
6% |
|
Digər faiz gəlirləri |
221 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
6 790 |
17% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
40 349 |
100% |













