"Azərbaycan Sənaye Bankı" 2025-ci ilin 3-cü rübünün yekunlarına dair hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, 2025-ci ilin 9 ayında bankın faiz gəlirləri 28,7 milyon manat təşkil edib.
Faiz xərcləri isə 14,3 milyon manata bərabər olub. Bu da illik 494 min manat (3,6%) artımdır.
Nəticədə Bankın xalis faiz gəlirləri 14,4 milyon manata bərabər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisə 1,3 milyon manat (10%) çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 11,7 milyon manat təşkil edib. Son bir il ərzində bu gəlirlərdə 189,5 min manat (1,6%) artım baş verib. Qeyri-faiz xərcləri isə 19,1 milyon manat təşkil edib, il ərzində 195,3 min manat (1%) artım qeydə alınıb.
Nəticədə 2025-ci ilin 3-cü rübünün sonuna bankın əməliyyat mənfəəti 7 milyon manat (artım 23%) olub.
Hesabatın ən vacib dəyişikliyi kredit itkiləri üçün ehtiyat ayırmalarında baş verib. Bank bu məqsədlə 563 min manat ayırıb. Bu, ötən il 209,5 min manatlıq ehtiyat bərpasının tam əksidir və ümumilikdə 772 min manatlıq mənfi dəyişiklik deməkdir.
Nəticədə ASB Bankın vergilər və gözlənilməz xərclər ödənilənədək mənfəəti 6,4 milyon manat təşkil edib. Bu da illik 542,7 min manat (9,2%) artımdır.
1,3 milyon manat mənfəət vergisini nəzərə aldıqda "ASB" 2025-ci ilin 9 ayını 5,2 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 454 min manat və ya 9,7% çoxdur.
2025-ci ilin sentyabr ayının sonuna Azərbaycan Sənaye Bankının (ASB) cəmi aktivləri 799,4 milyon manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 779,2 milyon manatla müqayisədə 20,2 milyon manat (2,6%) artım deməkdir.
Bu böyümənin əsas səbəbləri və aktivlərin digər maddələrindəki dəyişikliklər aşağıdakı kimidir:
Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla), cəmi 17,2 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 2,9 milyon manat (20,4%) artım deməkdir.
Mərkəzi Bankda müxbir hesab, cəmi 38,5 milyon manata bərabər olub ki, ötən ilin sonu ilə müqayisədə 10,8 milyon manat (39,1%) artım baş verib.
"Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), cəmi 4,2 milyon manat təşkil edib. Bu göstərici üzrə ötən ilin sonu ilə müqayisədə 0,2 milyon manat (6,0%) artım qeydə alınıb.
Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, cəmi 420,6 milyon manata bərabər olub. Bu da ötən ilin sonu ilə müqayisədə 3,5 milyon manat (0,8%) artım deməkdir.
Müştərilərə verilən kreditlər, cəmi 301,9 milyon manata bərabər olub. Nəticədə, bu da ötən ilin sonu ilə müqayisədə 5,7 milyon manat (1,9%) artıma bərabərdir.
Bundan başqa kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 5,4 milyon manat təşkil edib ki, ötən ilin sonu ilə müqayisədə cüzi (0,7%) azalma baş verib.
Xalis kreditlər 296,5 milyon manata bərabər olub. Ötən ilin sonu ilə müqayisədə xalis kredit portfeli 5,7 milyon manat (1,9%) böyüyüb.
Könüllü çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər, cəmi 0,9 milyon manat təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 0,4 milyon manat (24,6%) azalmadır.
İcmallaşmış törəmə təsərrüfat cəmiyyətlərdə iştirak (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəmədisirsə), cəmi 2,4 milyon manata bərabər olub ki, ötən ilin sonu ilə müqayisədə 1,4 milyon manat (144,8%) artım baş verib.
Digər təsərrüfat cəmiyyətlərində iştirak (50%-dən az), cəmi 1,0 milyon manata bərabər olub. Ötən ilin sonu ilə müqayisədə 0,5 milyon manat (32,7%) azalma qeydə alınıb.
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər ötən ilin sonu ilə müqayisədə 0,2 milyon manat (14,7%) azalaraq 1,2 milyon manata düşüb.
Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla) ötən ilin sonu ilə müqayisədə 3,2 milyon manat (16,1%) azalma ilə 16,7 milyon manat təşkil edib
Qeyd olunan aktiv maddələrindən başqa, ASB-nin balans hesabatında banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci günə qədər daxil olmaqla, 7 günədək olan kreditlər), əks REPO əməliyyatları, qiymətli kağızlar, banklara kreditlər, banklara xalis kreditlər, digər maliyyə institutlarına kreditlər, digər maliyyə institutlarına xalis kreditlər, bank işində istifadə olunmayan daşınmaz əmlak (ehtiyatlar çıxılmaqla), balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat kimi madələr üzrə göstərici qeydə alınmayıb.
2025-ci ilin sentyabr ayının sonuna Azərbaycan Sənaye Bankının (ASB) cəmi öhdəlikləri 672,8 milyon manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 658,4 milyon manatla müqayisədə 14,4 milyon manat (2,2%) artım deməkdir.
Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla), cəmi 474,5 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 8,6 milyon manat (1,8%) artım deməkdir.
Fiziki şəxslərin tələbli depozitləri, cəmi 106,5 milyon manata bərabər olub ki, ötən ilin sonu ilə müqayisədə bu depozitlərdə 86,4 milyon manat (426,1%) artım baş verib.
Hüquqi şəxslərin tələbli depozitləri, cəmi 88,1 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7,9 milyon manat (9,9%) artım deməkdir.
Fiziki şəxslərin müddətli depozitləri 69,3 milyon manat (25,4%) azalma ilə 203,5 milyon manata bərabər olub.
Hüquqi şəxslərin müddətli depozitləri ötən ilin sonu ilə müqayisədə 16,5 milyon manat (17,8%) azalaraq 76,5 milyon manata düşüb.
Bankların və digər maliyyə institutlarının cəmi depozitləri149,5 milyon manat təşkil edib ki, bu da son 9 ayla müqayisədə 7,9 milyon manat (5,6%) artımdır
Banklar istisna olmaqla, digər maliyyə institutlarının kreditləri, cəmi 38,1 milyon manata bərabər olub. Nəticədə, 2 milyon manat (5,5%) artım baş verib.
Digər passivlər 10,8 milyon manat təşkil edib. Bu göstəricidə ötən ilin sonu ilə müqayisədə 4 milyon manat (27,5%) azalma qeydə alınıb.
2025-ci ilin sentyabr ayının sonuna Azərbaycan Sənaye Bankının (ASB) cəmi kapitalı 126,6 milyon manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 120,9 milyon manatla müqayisədə 5,7 milyon manat (4,7%) artım deməkdir.
Bu artım aşağıdakı maddələrdəki dəyişikliklərlə əlaqədardır:
Xüsusi kapital, cəmi 121,0 milyon manata bərabər olub. Bu da ötən ilin sonu ilə müqayisədə 5,2 milyon manat (4,5%) artım deməkdir.
Bundan dövriyyəyə buraxılmış adi səhmlər 60 milyon manat olaraq dəyişməz qalıb.
Bölüşdürülməmiş xalis mənfəət 5,2 milyon manat (9,3%) artımla 61 milyon manata yüksəlib.
Əvvəlki illərin xalis mənfəəti 55,8 milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 6,5 milyon manat (13,2%) artıma bərabərdir.
Cari ilin xalis mənfəəti isə 5,2 milyon manata bərabər olub ki, ötən ilin sonu ilə müqayisədə 1,3 milyon manat (20,6%) azalma baş verib.
Ümumi ehtiyatlar, cəmi 5,6 milyon manata bəraər olub. Ötən ilin sonuna nəzərən 0,6 milyon manat (11,8%) artım qeydə alınıb.
Bundan kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar 5,2 milyon manat təşkil edib. Nəticədə, 0,4 milyon manat (8,4%) artım qeydə alınıb..
Digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar ötən ilin sonu ilə müqayisədə 0,2 milyon manat (68,1%) artaraq 0,4 milyon manata yüksəlib.


















