FED.az Azərbaycanın aparıcı banklarından olan « Azərbaycan Sənaye Bankı»nın gəlir mənbələrini təqdim edir.
Azərbaycan Sənaye Bankı ASC işçi axtarır - VAKANSİYA
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Azərbaycan Sənaye Bankı»ın gəlirləri 16 milyon 412 min manat təşkil edib. «Azərbaycan Sənaye Bankı» öz gəlir mənbələrinə görə, ölkə banklarının demək olar ki, hamısından fərqlənir. Bank sektorunun lideri – Azərbaycan Beynəlxalq Bankını (ABB) və 2-ci böyük bankı olan «Kapitalbank»ı nəzərə almasaq, ölkədə başqa heç bir bank başqa banklara yerləşdirdiyi depozitlərdən belə yüksək qazanc əldə edə bilmir. «Azərbaycan Sənaye Bankı» başqa banklardakı depozitlərdən yarım ildə 5,4 milyon manat qazanıb. Bu maddə bankın bütün gəlirlərinin 33%-ni təşkil edir. Yəni hər 3 manat gəlirin 1 manatı depozitdən daxil olur.
Banklar üçün ənənəvi olan kredit portfelindən gələn faizlər isə «Azərbaycan Sənaye Bankı»nın gəlirlərinin cəmi 41%-ni təşkil edir – 6,7 milyon manat. Bu məbləğ ölkənin ən kiçik banklarının kredit gəlirləri ilə müqayisə olunacaq həddədir.
«Azərbaycan Sənaye Bankı» bank komissiyalarından 3,7 milyon manat, valyuta əməliyyatlarından isə cəmi 610 min manat qazanıb. Bank prinsipial olaraq qiymətli kağızlardan gəlir əldə etmir.
Ümumiyətlə, «AFB Bank»ın gəlirlərinin 74%-i faiz, 26%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
6 741 |
41% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
5 386 |
33% |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
3 668 |
22% |
Valyuta əməliyyatlarından gəlirlər |
609 |
4% |
Digər faiz gəlirləri |
7 |
- |
Digər qeyri-faiz gəlirləri |
- |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
16 412 |
100% |