Mərkəzi Əməliyyatlar Departamentinin Əməliyyatlar Şöbəsinin kiçik mütəxəssisi
Əsas tələblər:
• Ali təhsil (Hüquqi, İqtisadi);
• Azərbaycan, ingilis və rus dili bilikləri;
• Microsoft office bilikləri;
• Bank stajına üstünlük verilir;
• Məntiqi və analitik düşünmə tərzi;
• Araşdırma bacarıqları;
• Sərbəst işləmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
• Gərgin iş qrafikində müxtəlif çox saylı tapşırıqları sistemləşdirib icra etmək bacarığı.
Vəzifə və öhdəliklər:
• Kredit məhsulların rəsmiləşdirilməsinin bankdaxili qaydalara və qəbul edilmiş qərara uyğunluğunu və kredit dosyelərinin tərkibinin yoxlamaq;
• Kredit məhsulların vermə prosedurlarının düzgün və qüsursuz aparılmasına nəzarət etmək;
• Dövlət orqanları tərəfindən göndərilmiş icrası məcburi olan sərəncamların qanunvericiliyin tələblərinə və daxili prosedurlara uyğun olaraq icrası üçün lazımı işləri yerinə yetirmək.
• Dövlət orqanları tərəfindən göndərilmiş sorğuların qanunvericiliyin tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş qaydada cavablandırılmaq.
• Hesab açmaları üzrə prosedurlarının düzgün və qüsursuz aparılmasına nəzarət etmək.
Əlavə məlumat:
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatlar Şöbəsinin kiçik mütəxəssisi” göstərməyiniz xahiş olunur;
• CV-lər 24.06.2019-ci il tarixədək qəbul olunacaqdır.