FED.az Azərbaycanın aparıcı banklarından olan “Azərbaycan Sənaye Bankı”nın gəlir mənbələrini təqdim edir.
Müştəriləri “Azərbaycan Sənaye Bankı”ndan pulların bir hissəsini geri götürüb - HESABAT
2024-cü ilin ikinci rübünün nəticələrinə görə nəticələrinə görə “Azərbaycan Sənaye Bankı”ın gəlirləri 24 milyon 686 min manat təşkil edib. Bu göstərici ilə bank ölkənin bank sistemində 15-ci yerdədir. “Azərbaycan Sənaye Bankı” öz gəlir mənbələrinə görə, ölkə banklarının demək olar ki, hamısından fərqlənir. Bank sektorunun lideri – Azərbaycan Beynəlxalq Bankını (ABB) və 2-ci böyük bankı olan “Kapitalbank”ı nəzərə almasaq, ölkədə başqa heç bir bank başqa banklara yerləşdirdiyi depozitlərdən belə yüksək qazanc əldə edə bilmir.
“Azərbaycan Sənaye Bankı” başqa banklardakı depozitlərdən 9 milyon 118 min manat qazanıb. Bu maddə bankın bütün gəlirlərinin 36%-ni təşkil edir. Yəni hər 3 manat gəlirin 1 manatı depozitdən daxil olur.
Banklar üçün ənənəvi olan kredit portfelindən gələn faizlər isə “Azərbaycan Sənaye Bankı”nın gəlirlərinin cəmi 33%-ni təşkil edir – 8 milyon 106 min manat. Bu məbləğ ölkənin ən kiçik banklarının kredit gəlirləri ilə müqayisə olunacaq həddədir.
“Azərbaycan Sənaye Bankı” bank komissiyalarından 6 milyon 82 min manat – ümumi gəlirlərin 25%-i qədər , valyuta əməliyyatlarından isə cəmi 1 milyon 271 min manat - ümumi gəlirlərin 5%-i qədər qazanıb. Bank prinsipial olaraq qiymətli kağızlardan gəlir əldə etmir.
Ümumiyətlə, “ Azərbaycan Sənaye Bankı “ın gəlirlərinin 70%-i faiz, 30%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
8 106 |
33% |
Komissiya haqları |
6 082 |
25% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 271 |
5% |
QK-a investisiyadan gəlir |
|
|
Digər banklara depozitlərdən gəlirlər |
9 118 |
36% |
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Digər faiz gəlirləri |
109 |
1% |
Digər qeyri-faiz gəlirləri |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
24 686 |
100% |