«Azərbaycan Sənaye Bankı» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından olan “Azərbaycan Sənaye Bankı”nın gəlir mənbələrini təqdim edir.
Daha bir bankın maliyyə vəziyyəti - MƏLUM OLDU - HESABAT
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə “Azərbaycan Sənaye Bankı”ın gəlirləri 32 milyon 399 min manat təşkil edib. Bu göstərici ilə bank ölkənin bank sistemində 18-ci yerdədir . “Azərbaycan Sənaye Bankı” öz gəlir mənbələrinə görə, ölkə banklarının demək olar ki, hamısından fərqlənir. Ölkədə başqa heç bir bank başqa banklara yerləşdirdiyi depozitlərdən ümumi gəlir payına görə yüksək qazanc əldə edə bilmir, əksər bankların gəlirlərinin əsasını kredit portfeli formalaşdırır.
“Azərbaycan Sənaye Bankı” başqa banklardakı depozitlərdən 12 milyon 756 min manat qazanıb. Bu maddə bankın bütün gəlirlərinin 39%-ni təşkil edir. Yəni hər 3 manat gəlirin 1 manatı depozitdən daxil olur.Banklar üçün ənənəvi olan kredit portfelindən gələn faizlər isə “Azərbaycan Sənaye Bankı”nın gəlirlərinin cəmi 34%-ni təşkil edir – 11 milyon 77 min manat. Bu məbləğ ölkənin ən kiçik banklarının kredit gəlirləri ilə müqayisə olunacaq həddədir. “Azərbaycan Sənaye Bankı” bank komissiyalarından 2 milyon 682 manat – ümumi gəlirlərin 8%-i qədər , valyuta əməliyyatlarından isə cəmi 1 milyon 335 min manat - ümumi gəlirlərin 4%-i qədər qazanıb. Bank prinsipial olaraq qiymətli kağızlardan gəlir əldə etmir. Faiz və qeyri-faiz gəlirləri isə üçüncü rüb üzrə 4 milyon 629 min manat təşkil edir bu göstərici ümumi gəlirin 15%-i qədərdir.
Ümumiyətlə, “ Azərbaycan Sənaye Bankı “ın gəlirlərinin 74%-i faiz, 26%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
11 077 |
34% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
12 756 |
39% |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
2 602 |
8% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 335 |
4% |
Digər faiz gəlirləri |
198 |
1% |
Digər qeyri-faiz gəlirləri |
4 431 |
14% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
32 399 |
100% |