Azərbaycan "Açıq bankçılıq" (Open Banking) konsepsiyasının tətbiqinə hazırlaşır.
Mərkəzi Bank: «Azərbaycanın kapital və bank bazarına fintex şirkətlərini cəlb etmək istəyirik»
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın şöbə rəisi Sahib Həsənov sosial şəbəkələrdə yazıb.
O açıq bankçılığın istər maliyyə sektoru, istərsə də istehlakçılar üçün yeni imkanlar açacağını qeyd edib.
"Azərbaycanda fintex ekosisteminin gələcəyi böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə "açıq bankçılıq" konsepsiyasının icrasına yaxınlaşırıq", - deyə o yazıb.
Qeyd edək ki, iyulun 14-də qəbul edilmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun ödəniş hesablarına nağd vəsaitlərin daxil edilməsi və çıxarılması, ödəniş vasitələrinin yaradılması və ödəniş tranzaksiyalarının həyata keçirilməsi, pul köçürmələri xidmətləri, elektron pulların emissiyası və elektron pullardan istifadə etməklə ödənişlər, ödənişlərin başladılması xidmətləri, hesablar barədə məlumatların təqdim olunması və bir çox əməliyyatları həyata keçirməyə imkan verəcək. (Trend)